Dünyanı cənginə alan Corona (Covid-19) virusu Azərbaycandan da yan keçmədi. Beləki hazırkı dövrdə ölkəmizdə tüğyan edən bu virusa qarşı mübarizə tədbirləri fasiləsiz olaraq aparılır. Bu kütləvi mübarizə tədbdirləri ölkəmizin hər bir yerində olduğu kimi paytaxt Bakimizda da mərhələli şəkildə davam etdirilir. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində də bu virusa qarşı mübarizə tədbirləri vaxtaşırı aparılır. Xüsusi karantin dövründə Mərdəkan qəsəbəsində dizenfeksiya işləri ilə yanaşı əhalinin maarifləndirilməsi o cümlədən kasıb əlil və şəhid ailələrinə yardımlar da edildi. Fövqəladə Hallar Nazirliyi, Heydər Əliyev fondu, Xəzər rayonu İcra Hakimiyyəti və s. kimi dövlət qurumları da bu katiqoriyada olan ailələrə öz yardımlarını əsirgəmədilər. Bundan başqa Xəzər rayonu Mərdəkan qəsəbəsində 1941-45-ci il müharibəsində həlak olanların xatirəsinə salınmış park əsaslı təmirdən sonra əhalinin istifadəsinə verilmişdi. Qəsəbə yollarının işıqlandırılmasının təmin olunması üçün yeni dirəklər quraşdırılmaqdadır. Bundan əlavə qurunt sularının axıdılması üçün yeni kanalizasiya xətlərinin çəkilişinidə kadrlarımızdan aydınca görmək olur. Bütün bu görülən işlər ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir. Asan tv olaraq Xəzər rayonunda görülən işləri işıqlandırmagi özümüzə borc bildik.
Biz birlikdə güclüyük!
Şəbnəm Rəhimova
Asantv.info