Asan Xeber

Baş Prokurorluq axtarışda olan Vaaqn Çaxalyanla bağlı məlumat yaydı

Tarix:31-10-2020, 19:51
Baxış Sayı:37

"Əvvəllər xəbər verildiyi kimi, Gürcüstan vətəndaşı Vaaqn Çaxalyanın Azərbaycan Respublikasının ərazisində törətdikləri cinayət əməllərinə dair yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış çoxsaylı məlumatlar əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırma aparılmış və faktla bağlı Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 114 (muzdluluq), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və digər maddələri ilə cinayət işi başlanılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb”.

Bu barədə Asantv.info "Qafqazinfo" ya istinadən məlumat verir.

Məlumatda bildirilir:

“İstintaq zamanı Dağlıq Qarabağ ərazisində Azərbaycan Ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edən muzdlu Vaaqn Çaxalyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində rayon məhkəməsi tərəfindən qiyabi olaraq həbs qətimkan tədbiri seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

Bəzi kütləvi informasiya vasitələrində Vaaqn Caxalyanın döyüş əməliyyatları zamanı öldürülməsi, habelə Gürcüstan Respublikasının vətəndaşlığından məhrum edilməsi ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı aparılan araşdırma zamanı Gürcüstan Baş Prokurorluğundan alınmış şifahi məlumata əsasən məlum olub ki, Vaaqn Çaxalyan 2019-cu ilin sonunda Ermənistan Respublikasının vətəndaşlığını qəbul edib, bu səbəbdən 2020-ci ilin əvvəllərində Gürcüstan həmin şəxsin vətəndaşlığına xitam verib. Daha sonra Vaaqn Çaxalyan Gürcüstanın müvafiq dövlət qurumlarına müraciət edərək həmin ölkənin vətəndaşlığının bərpa edilməsini xahiş edib, lakin 2020-ci ilin iyun ayında onun müraciətinə mahiyyəti üzrə baxılmaqla imtina edilib.

Vaaqn Çaxalyanın öldürülməsi ilə bağlı 25.10.2020-ci il tarixdə Gürcüstan media səhifələrində yayılmış məlumatla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Gürcüstan Baş Prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində həmin məlumat öz təsdiqini tapmamışdır. Hətta bundan bir neçə gün sonra V. Çaxalyanın “Facebook” sosial şəbəkəsindəki hesabında döyüş əməliyyatlarında iştirakını davam etdirməsinə dair informasiya yerləşdirilib. Odur ki, Vaaqn Çaxalyanla əlaqədar istintaq edilən cinayət işi üzrə Gürcüstan Baş Prokurorluğuna hüquqi yardım haqqında rəsmi vəsatət verilmiş və vəsatətin icrası ilə bağlı Gürcüstan Baş Prokurorluğu ilə mütəmadi olaraq əlaqə saxlanılır. Hazırda Vaaqn Çaxalyan beynəlxalq axtarışda olmaqla Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi üzrə istintaq davam etdirilir”.

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Ağdama dəmir yolu çəkilir - 5 milyon ayrıldı
Ağdama dəmir yolu çəkilir - 5 milyon ayrıldı
Ohanyan barəsində 4 ay qiyabi həbs qətimkan tədbiri seçildi
Ohanyan barəsində 4 ay qiyabi həbs qətimkan tədbiri seçildi
Prezidentlə xanımından məsciddə nümunəvi addım
Prezidentlə xanımından məsciddə nümunəvi addım
Xaçmazda polis əməkdaşını maşın vuraraq öldürdü
Xaçmazda polis əməkdaşını maşın vuraraq öldürdü
Şənbə və bazar günü bərbərxana və gözəllik salonları işləməyəcək
Şənbə və bazar günü bərbərxana və gözəllik salonları işləməyəcək
27 illik fərqlə Kəlbəcərdən köç...
27 illik fərqlə Kəlbəcərdən köç...
ANAMA əməkdaşı qardaşları təxliyə edən zaman minaya düşüb
ANAMA əməkdaşı qardaşları təxliyə edən zaman minaya düşüb
Müdafiə Nazirliyi həlak olan hərbçilərimizlə bağlı MƏLUMAT YAYDI
Müdafiə Nazirliyi həlak olan hərbçilərimizlə bağlı MƏLUMAT YAYDI
İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI
İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI
“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh
“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh
Ərdoğan: “Azərbaycana dəstəyimizə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi, biz də öz kameralarımızdan istifadə etdik”
Ərdoğan: “Azərbaycana dəstəyimizə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi, biz də öz kameralarımızdan istifadə etdik”
9 NOYABR AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
9 NOYABR AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
Daha 23 kənd işğaldan azad edildi
Daha 23 kənd işğaldan azad edildi
Baş konsulumuz ermənilərin dağıtdığı türk restoranında
Baş konsulumuz ermənilərin dağıtdığı türk restoranında
Cəbhəyə sevinə-sevinə getdilər...
Cəbhəyə sevinə-sevinə getdilər...
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi: 2 hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi: 2 hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb