Asan Xeber

Baş konsulumuz ermənilərin dağıtdığı türk restoranında

Tarix:6-11-2020, 13:40
Baxış Sayı:31

Azərbaycanın Los- Ancelesdəki Baş Konsulluğu erməni icmasının radikal üzvlərinin türklərə məxsus restorana hücum etməsi barədə məlumat yayıb.

"Asantv"nin “Qafqazinfo”ya istinadən bildirir ki, 4 noyabr 2020-ci il tarixində axşam radələrində 6-8 nəfərdən ibarət qrup hücum zamanı restoran sahiblərinə xəsarət yetirərək və restoranın əmlakına qarşı vandallıq edərək külli miqdarda ziyan vuraraq, Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr səsləndiriblər. Restoranın sahibləri arxa qapıdan qaçaraq cinayətkarlardan xilas ola biliblər.

Hazırda “Beverli Hils” polisi hadisəni etnik nifrət zəminində törədilən cinayət kimi araşdırır.

Türkiyənin Baş konsulu Can Oğuz və bütün türk icması ilə həmrəylik nümayiş etdirmək məqsədilə 5 noyabr tarixində Azərbaycanın Los -Ancelesdəki Baş konsulu Nəsimi Ağayev Azərbaycan icmasının üzvləri ilə birgə hadisə yerində olublar.

Baş konsul Nəsimi Ağayev çıxış edərək, sözügedən nifrət cinayətinin qurbanlarının yalnız türk olduqları üçün bu vəhşi hücuma məruz qaldıqlarını bildirib. O, 2020-ci ilin iyul ayında radikal ermənilər tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı da nifrət zəminində Los Ancelesdə cinayət törədildiyini xatırladaraq, erməni ekstremistlər tərəfindən hər iki icmaya qarşı törədilən bu kimi cinayətlərin və aqressivliyin son zamanlar artdığını qeyd edib. N.Ağayev, yerli siyasi xadimlər və hüquq-mühafizə orqanlarının azərbaycanlıları və türkləri hədəf alan bu cinayətləri kəskin şəkildə pisləmələrinin, hər iki icmanın təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin görülməsinin və bu kimi halların qarşısını almaq üçün cinayətkarların ən qısa zamanda tapılaraq məsuliyyətə cəlb olunmalarının vacibliyini qeyd edib.

Pakistan icmasının rəhbərlərinin də qatıldığı həmrəylik tədbiri Los Ancelesin FOX, ABC kanalları və digər mətbu orqanlar tərəfindən işıqlandırılıb.

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Ağdama dəmir yolu çəkilir - 5 milyon ayrıldı
Ağdama dəmir yolu çəkilir - 5 milyon ayrıldı
Ohanyan barəsində 4 ay qiyabi həbs qətimkan tədbiri seçildi
Ohanyan barəsində 4 ay qiyabi həbs qətimkan tədbiri seçildi
Prezidentlə xanımından məsciddə nümunəvi addım
Prezidentlə xanımından məsciddə nümunəvi addım
Xaçmazda polis əməkdaşını maşın vuraraq öldürdü
Xaçmazda polis əməkdaşını maşın vuraraq öldürdü
Şənbə və bazar günü bərbərxana və gözəllik salonları işləməyəcək
Şənbə və bazar günü bərbərxana və gözəllik salonları işləməyəcək
27 illik fərqlə Kəlbəcərdən köç...
27 illik fərqlə Kəlbəcərdən köç...
ANAMA əməkdaşı qardaşları təxliyə edən zaman minaya düşüb
ANAMA əməkdaşı qardaşları təxliyə edən zaman minaya düşüb
Müdafiə Nazirliyi həlak olan hərbçilərimizlə bağlı MƏLUMAT YAYDI
Müdafiə Nazirliyi həlak olan hərbçilərimizlə bağlı MƏLUMAT YAYDI
İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI
İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI
“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh
“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh
Ərdoğan: “Azərbaycana dəstəyimizə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi, biz də öz kameralarımızdan istifadə etdik”
Ərdoğan: “Azərbaycana dəstəyimizə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi, biz də öz kameralarımızdan istifadə etdik”
9 NOYABR AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
9 NOYABR AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
Daha 23 kənd işğaldan azad edildi
Daha 23 kənd işğaldan azad edildi
Baş konsulumuz ermənilərin dağıtdığı türk restoranında
Baş konsulumuz ermənilərin dağıtdığı türk restoranında
Cəbhəyə sevinə-sevinə getdilər...
Cəbhəyə sevinə-sevinə getdilər...
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi: 2 hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi: 2 hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb