Asan Xeber

9 NOYABR AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR

Tarix:9-11-2020, 14:30
Baxış Sayı:28

9 NOYABR AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
Azərbaycan respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri olan bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə İslamı tərənnüm edir.

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Onuda qeyd edək ki, bu gün bizim üç rəngli, ayulduzlu bayrağımız 30 il müddətində erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımızın hər gün azad edilən şəhərlərində, qəsəbələrində və kəndlərində cəsur hırbçilərimiz tərəfindən dalğalandırılır.

2010-cu il sentyabrın 1-də Azərbaycan respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Meydanda inşa olunmuş bayraq dayağının hündürlüyü 162 m, bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
YAŞASIN ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV, YAŞASIN AZƏRBAYCAN! YAŞASIN AZƏRBAYCAN XALQI, YAŞASIN AZƏRBAYCAN BAYRAĞI. QARABAĞ AZƏRBAYCANDIR!

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Ağdama dəmir yolu çəkilir - 5 milyon ayrıldı
Ağdama dəmir yolu çəkilir - 5 milyon ayrıldı
Ohanyan barəsində 4 ay qiyabi həbs qətimkan tədbiri seçildi
Ohanyan barəsində 4 ay qiyabi həbs qətimkan tədbiri seçildi
Prezidentlə xanımından məsciddə nümunəvi addım
Prezidentlə xanımından məsciddə nümunəvi addım
Xaçmazda polis əməkdaşını maşın vuraraq öldürdü
Xaçmazda polis əməkdaşını maşın vuraraq öldürdü
Şənbə və bazar günü bərbərxana və gözəllik salonları işləməyəcək
Şənbə və bazar günü bərbərxana və gözəllik salonları işləməyəcək
27 illik fərqlə Kəlbəcərdən köç...
27 illik fərqlə Kəlbəcərdən köç...
ANAMA əməkdaşı qardaşları təxliyə edən zaman minaya düşüb
ANAMA əməkdaşı qardaşları təxliyə edən zaman minaya düşüb
Müdafiə Nazirliyi həlak olan hərbçilərimizlə bağlı MƏLUMAT YAYDI
Müdafiə Nazirliyi həlak olan hərbçilərimizlə bağlı MƏLUMAT YAYDI
İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI
İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI
“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh
“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh
Ərdoğan: “Azərbaycana dəstəyimizə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi, biz də öz kameralarımızdan istifadə etdik”
Ərdoğan: “Azərbaycana dəstəyimizə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi, biz də öz kameralarımızdan istifadə etdik”
9 NOYABR AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
9 NOYABR AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
Daha 23 kənd işğaldan azad edildi
Daha 23 kənd işğaldan azad edildi
Baş konsulumuz ermənilərin dağıtdığı türk restoranında
Baş konsulumuz ermənilərin dağıtdığı türk restoranında
Cəbhəyə sevinə-sevinə getdilər...
Cəbhəyə sevinə-sevinə getdilər...
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi: 2 hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi: 2 hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb