Asan Xeber

“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh

Tarix:13-11-2020, 11:15
Baxış Sayı:17

“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh
Azərbaycanın siyasi rəhbərliyi və ordusunun 44 günlük savaşda düşməni sarsıdan misilsiz hərbi və diplomatik qələbə qazanması və nəticədə işğalçı ölkənin üzdəniraq baş naziri Nikol Paşinyanın Ermənistan qüvvələrinin ölkəmizin digər işğal altındakı ərazilərindən çıxması ilə bağlı üçtərəfli bəyanata imza atmasından sonra bu qəsbkar respublikada idarəolunmaz, xaotik bir durum yaranıb.

Bəs görəsən, İrəvanda hazırkı vəziyyətdə Paşinyana müxalif olan, onu istefaya məcbur etməyə çalışan qüvvələrə, xüsusən Qarabağ klanı ilə bağlı olanlara sözügedən razılaşmanın icrasına məsul, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiyanın təsir rıçaqları varmı, yoxsa artıq terrorçu, işğalçı imicini bir daha təsdiqləmiş Ermənistanda tamamilə özbaşınalıqdır? Konkret desək, Rusiya lideri Vladimir Putin bir nüfuzlu vasitəçi olaraq Azərbaycan Ali Baş Komandanı, Prezident İlham Əliyev və Ermənistan baş naziri ilə bərabər bəhs edilən bəyanat-razılaşmaya imza atmamışdan, yəni həmin sənədin icrasına bir növ qarant durmamışdan öncə İrəvanda hakimiyyət məsələsini həll edibmi?..

"Asantv.info" “Yeni Sabah” a istinadən xəbər verir ki, mövzu ilə bağlı Moderator.az əməkdaşının bu və ya digər suallarına cavab verən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bir sıra məqamlara aydınlıq gətirib.

“Bilirsiz, bu saat Moskvanın İrəvandakı olaylara nəzarət edə bilməsi, yaxud Ermənistanın müxalif qüvvələrinə təsir göstərmək imkanının olub-olması haqda danışmaq çətindir. Eyni zamanda proqnoz vermək də çətindir ki, orada Paşinyanın gedəcəyi halda hakimiyyətə Qarabağ klanı, yoxsa digər bir qüvvə, məsələn “Sasna Tser” kimi daha radikal təşkilat gələcək. Yəni İrəvandakı situasiyanı kənardan analiz etmək asan deyil.

Sözsüz ki, Ermənistan hərbi cəhətdən savayı siyasi və idarəəetmə baxımından da zəifləyərək iflic vəziyyətə düşmək üzrədir. Belə bir halda təsəvvür etmirəm ki, Kəlbəcərdə, yaxud Laçında, Ağdamda hansısa ağlı bir az başında olan erməni batalyon komandiri deyəcək ki, mən buradan çıxmıram. Amma əksinə, ümumiyyətlə, Qarabağdan çıxmış və ya çıxacaq silahlı ermənilər İrəvana gəlib oradakı hakimiyyət çevrilişində iştirak etməyə həvəsli ola bilər. Və belə bir şəraitdə Putinin verdiyi vədlər və öhdəliklər daha asan şəkildə icra olunacaqdır. Bunu sadə məntiq də göstərir…

Təbii ki, burada ehtimal səviyyəli fikirlər söyləmək olar. Ermənistanda nə qədər xaos olsa da, bir konstitusiya var və Paşinyan istefa verəcəyi təqdirdə kimsə onun vəzifəsini icra etməlidir. Və sözsüz ki, həmin şəxs işğalçı ölkənin hərbi qüvvələrinə, ordusuna da rəhbərlik edəcək. Eyni zamanda o məsul adam Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli razılaşmasından irəli gələn hansısa öhdəlikləri də yerinə yetirməlidir. Ya da bəhs edilən bəyanatdan rəsmən imtina etməlidir. Hazırda hiss olunur ki, hələlik Müdafiə naziri D.Tonoyan bəyanat-razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirir. Yəni kimsə bu işlə məşğuldur. Amma Paşinyan gedəcəyi halda kimin gələcəyi barədə konkret bir fikir söyləməyə hələlik hazır deyiləm”- keçmiş nazir belə deyib.

“Belə çıxır ki, Ermənistan paytaxtındakı proseslər Kremlin nəzarətindən tamamilə kənar ola və orada dediyiniz kimi, “Sasna Tsrer” kimi qatı radikal qüvvələr hakimiyyətə gətirilə və sözügedən razılaşmanın icrası tamamilə dayandırıla və müharibə hazırlıqlarına başlanıla bilər?” sualına cavabında isə T. Zülfüqarov bunları dilə gətirib:

”Əlbəttə, bunu da istisna etmək olmaz. Amma ermənilər belə etsə, ilk növbədə özləri üçün problem yaranacaq. Yəni onlar razılaşmadan - Kəlbəcər, Ağdam və Laçından qoşunları çıxarmaqdan imtina edərək atəşkəsi pozacaqları halda Azərbaycan yenə də güc yoluyla ərazi bütövlüyünü bərpa etməyə məcbur olacaq və nəticədə yenidən ağır artilleriya, tanklar, aviasiya işə düşəcək. Və bu şəraitdə Qarabağdakı yüngül silahlarla silahlanmış Rusiya sülhməramlıları da atəş xəttində olmaqla təhlükə altında qalacaqlar. Yəni erməni tərəfi üçtərəfli sazişi pozmaq üçün Moskva ilə də hesablaşmalıdır. Və deməli, həmin bəyanatdan bütövlükdə və ya hansısa maddəsindən imtina edəcəyi halda Ermənistan iqtidarı qarşısında Azərbaycandan öncə Putini görəcək. Putinin siyasi dəst-xətti isə indan ibarətdir ki, kiməsə söz verirsə, həmin sözün üstdə durmağı özünə borc kimi bilir və bunu digər tərəfdən də tələb edir. Yəni bəyanatın maddələrinin icrasından, yəni Kəlbəcər, Ağdam və Laçından çıxmaqdan imtina edəcəkləri halda bu baxımdan ermənilər Rusiya liderinin nüfuzunu da zərbə altında qoyacaqlar. Odur ki, Ermənistan belə bir situasiyada nəinki Azərbaycanla, Rusiya ilə üz-üzə qalacaq. Bir sözlə, hesab edirəm ki, ermənilər üçtərəfli bəyanatın icrasından imtinadan heç nə qazanmayacaq, əksinə, yenə itirməkdə davam edəcəklər...”

“Ola bilərmi ki, Putin artıq bu bəyanatı imzalamamışdan öncə hakimiyyət məsələsini həll edib? Yəni İrəvanda üzdə görünən xaosa rəğmən, tezliklə ən azı, Kremlə loyal olan bir iqtidar qurulacaq. Otalıqda Ermənistanda Rusiya bazasının mövcudluğu amili də var...” fikrinin qarşılığında da həmsöhbətimiz maraqlı məqamları vurğulayıb.

“Əlbəttə, belə bir variant da mümkündür. Bütün hallarda Ermənistanın siyasi dairələri ortalığa rəsmi şəkildə belə ucuz bir nömrə ata bilməzlər ki, Paşinyan bu sənədə imza atıb, bizsə bununla razı deyilik... Bəli, Rusiya bazası da Ermənistandadır. İkincisi də Paşinyanın gizlənməsinə, üzə çıxmasına, hakimiyyətdə qalıb-qalmamasına rəğmən artıq Rusiya sülhməramlıları erməni qüvvələrini Kəlbəcərdən çıxarmaqla məşğuldur. Yəni bütün hallarda Ermənistan tərəfindən bəhs edilən sənədin şərtlərini icra edilməsinə çalışılır...” -deyə Azərbaycanın keçmiş baş diplomatı bildirib.

Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Ağdama dəmir yolu çəkilir - 5 milyon ayrıldı
Ağdama dəmir yolu çəkilir - 5 milyon ayrıldı
Ohanyan barəsində 4 ay qiyabi həbs qətimkan tədbiri seçildi
Ohanyan barəsində 4 ay qiyabi həbs qətimkan tədbiri seçildi
Prezidentlə xanımından məsciddə nümunəvi addım
Prezidentlə xanımından məsciddə nümunəvi addım
Xaçmazda polis əməkdaşını maşın vuraraq öldürdü
Xaçmazda polis əməkdaşını maşın vuraraq öldürdü
Şənbə və bazar günü bərbərxana və gözəllik salonları işləməyəcək
Şənbə və bazar günü bərbərxana və gözəllik salonları işləməyəcək
27 illik fərqlə Kəlbəcərdən köç...
27 illik fərqlə Kəlbəcərdən köç...
ANAMA əməkdaşı qardaşları təxliyə edən zaman minaya düşüb
ANAMA əməkdaşı qardaşları təxliyə edən zaman minaya düşüb
Müdafiə Nazirliyi həlak olan hərbçilərimizlə bağlı MƏLUMAT YAYDI
Müdafiə Nazirliyi həlak olan hərbçilərimizlə bağlı MƏLUMAT YAYDI
İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI
İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI
“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh
“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh
Ərdoğan: “Azərbaycana dəstəyimizə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi, biz də öz kameralarımızdan istifadə etdik”
Ərdoğan: “Azərbaycana dəstəyimizə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi, biz də öz kameralarımızdan istifadə etdik”
9 NOYABR AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
9 NOYABR AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
Daha 23 kənd işğaldan azad edildi
Daha 23 kənd işğaldan azad edildi
Baş konsulumuz ermənilərin dağıtdığı türk restoranında
Baş konsulumuz ermənilərin dağıtdığı türk restoranında
Cəbhəyə sevinə-sevinə getdilər...
Cəbhəyə sevinə-sevinə getdilər...
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi: 2 hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi: 2 hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb