Asan Xeber

Baş infeksionist: “Epidemioloji durum son həftələr pisləşməkdə davam edir”

Tarix:8-12-2020, 10:46
Baxış Sayı:195

Baş infeksionist: “Epidemioloji durum son həftələr pisləşməkdə davam edir”

“Aparılan karantin tədbirlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir”.

"Asantv.info" xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, yoluxmaların sayı artdıqca istənilən şəxsin yaşadığı, işlədiyi yerdə, xüsusən də müxtəlif fəaliyyətlə bağlı qapalı mühitlərdə virusun potensial gəzdiriciləri ilə təmas ehtimalı artır: “Vəziyyəti pisləşdirən hallar ondan ibarətdir ki, özündə xəstəliyin olduğunu bilən və ya ən azı güman edən, xəstələrlə təmasda olan şəxslər də özlərini təcrid qaydalarına etinasız yanaşaraq həm yaxınlarını, həm də evdən bayıra çıxmaqla digərlərinin həyatını təhlükəyə atırlar. Belə məsuliyyətsiz insanlara bir daha onu demək istərdik ki, bu yolverilməzdir və yoluxma zənciri böyüdükcə infeksiya bumeranq effekti ilə qayıdaraq bu dəfə sizlərin ən əziz insanlarını da qurban seçə bilər. Məhz belə bir şəraitdə fərdi qoruyucu vasitələrdən düzgün və hamılıqla istifadə edərək maksimum yararlanmaq çox vacibdir. Bilmək lazımdır ki, heç bir şəxs bu infeksiyaya yoluxmadan sığortalı deyil. Ona görə də özümüzü qorumaqla həm yaxınlarımızı, həm də bütünlükdə xalqımızı qorumuş olarıq”.

T. Eyvazov qeyd edib ki, virusa yoluxmuş və xəstələnmiş insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir: “Bu bir çoxlarında belə təəssürat yaradır ki, hər şey müvəqqəti və fəsadsız keçib gedəndir. Onlar həkimə müraciət etmədən və ya müxtəlif qeyri-peşəkar və ya ümumiyyətlə tibb təhsili olmayan və xəstəliyi yüngül keçirərək qurtulmuş şəxslərdən müxtəlif məsləhətlər, o cümlədən müalicəvi tövsiyələr alaraq bunları icra edirlər. Təbii ki, bu tövsiyələr xəstənin vəziyyətinə adekvat olmadığından bir çox hallarda ziyanlı olur. Xüsusən də evdə antibiotiklərdən, hormonal preparatlardan, yüksək dozalı müxtəlif vitamin preparatlarından, infuzion mayelərdən tibbi göstərişlər olmadan və nəzarətsiz istifadə olunması fəsadlara yol açaraq faciəvi sonluqla bitə bilər. Ona görə də ən düzgün yol özündə hərarətin yüksəlməsi, əzginlik, zəiflik, əzələ ağrıları, quru öskürək, boğaz ağrısı və s. kimi əlamətlər hiss edən şəxs mütləq qaydada yaşadığı ərazi üzrə sahə həkiminə ilk olaraq telefonla müraciət etməli, yalnız həmin həkimlərdən aldığı lazımi və düzgün olan tövsiyələri icra etməlidir. Belə şəxs birinci növbədə evdə özünü təcrid etməli, maska geyinməli, digər ailə üzvlərinin də maskadan istifadə etməsinə, evdaxili təmasların minimallaşdırılmasına, otaqların tez-tez havalandırılması və s. kimi qoruyucu tədbirlərin əməl olunmasına nail olmalıdır”.

O vurğulayıb ki, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif suallar məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna bilər: “Bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir və həmin xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur. Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir. Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağırışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın gecikməsinə səbəb olur”.

Baş infeksionist insanları məsuliyyətli olmağa çağırıb: “Gəlin məsuliyyətli olaq, qoruyucu vasitələrdən hamılıqla və düzgün istifadə edək, özümüzü, yaxınlarımızı qoruyaq, təmaslarımızı azaldaq, xəstəlik əlamətləri hiss etdikdə özümüzü təcrid edərək həkimə müraciət edək və digərlərinin həyatını riskə atmayaq”.

Ərdoğan “Başakşəhər”in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi
Ərdoğan “Başakşəhər”in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi
Baş infeksionist: “Epidemioloji durum son həftələr pisləşməkdə davam edir”
Baş infeksionist: “Epidemioloji durum son həftələr pisləşməkdə davam edir”
Ağdamda Polis Şöbəsinin fəaliyyəti bərpa edildi
Ağdamda Polis Şöbəsinin fəaliyyəti bərpa edildi
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Ağdama dəmir yolu çəkilir - 5 milyon ayrıldı
Ağdama dəmir yolu çəkilir - 5 milyon ayrıldı
Ohanyan barəsində 4 ay qiyabi həbs qətimkan tədbiri seçildi
Ohanyan barəsində 4 ay qiyabi həbs qətimkan tədbiri seçildi
Prezidentlə xanımından məsciddə nümunəvi addım
Prezidentlə xanımından məsciddə nümunəvi addım
Xaçmazda polis əməkdaşını maşın vuraraq öldürdü
Xaçmazda polis əməkdaşını maşın vuraraq öldürdü
Şənbə və bazar günü bərbərxana və gözəllik salonları işləməyəcək
Şənbə və bazar günü bərbərxana və gözəllik salonları işləməyəcək
27 illik fərqlə Kəlbəcərdən köç...
27 illik fərqlə Kəlbəcərdən köç...
ANAMA əməkdaşı qardaşları təxliyə edən zaman minaya düşüb
ANAMA əməkdaşı qardaşları təxliyə edən zaman minaya düşüb
Müdafiə Nazirliyi həlak olan hərbçilərimizlə bağlı MƏLUMAT YAYDI
Müdafiə Nazirliyi həlak olan hərbçilərimizlə bağlı MƏLUMAT YAYDI
İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI
İlqar Məmmədovdan Polad Bülbüloğlu AÇIQLAMASI
“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh
“Razılaşmanı pozsalar, qarşılarında Putini görəcəklər” – Şərh
Ərdoğan: “Azərbaycana dəstəyimizə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi, biz də öz kameralarımızdan istifadə etdik”
Ərdoğan: “Azərbaycana dəstəyimizə görə Kanada PUA-larımızda istifadə etdiyimiz kameralara embarqo tətbiq etdi, biz də öz kameralarımızdan istifadə etdik”
9 NOYABR AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
9 NOYABR AZƏRBAYCAN DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
Daha 23 kənd işğaldan azad edildi
Daha 23 kənd işğaldan azad edildi