Asan Xeber

“Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...” “Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...”

Tarix:2-02-2021, 16:44
Baxış Sayı:50

“Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...” “Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...”
"Görün vəziyyət hansı həddə çatıb ki, ölkə prezidenti məmurların bu cür özbaşınalığını cəmiyyətə açıqlamaq qərarına gəlir. Eyni zamanda, etiraf edir ki, bu cür hərəkətlər və davranışlarla onun əsəbləriylə oynamasınlar".

Asantv xəbər verir ki, Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Prezident İlham Əliyevin bəzi məmurların Şuşada özlərinə təmsil etdikləri qurumların idarələrini açmaqla bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib. Deputat qeyd edib ki, kifayət qədər böyük bir dövlətçilik qayğılarına əhatə olunan indiki zaman kəsiyində 44 günlük Zəfər müharibəsindən sonra diplomatik cinahda gərgin fəaliyyətini davam etdirən, Azərbaycanın ərazisində ermənilərin tör-töküntülərinin aradan qaldırılması üçün gərgin anlar keçirən Prezidenti bu dərəcədə əsəbiləşdirmək və ona yerli təzyiqlər etmək heç bir mənaya sığmır:

"Ona görə də heç bir halda məmurların bu hərəkətinə haqq qazandırmaq mümkün deyil. İndi siz görün ki, məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki, bunlar Prezidentdən təklif gözləmək əvəzinə ona zəng vurub deyirlər ki, rəhbərlik etmiş qurumların orada filiallarını, regional idarələrini yaratsınlar. Bu subardinasiya qaydalarının pozulmasıdır. Bütün bunlara nə ehtiyac var? Ölkə Prezidenti Şuşa şəhərini təkcə Azərbaycanın yox, bütün İslam və Türk Dövlətləri Şurasının mədəniyyət mərkəzinə çevrilməsi istiqamətində ciddi bir fərman verib. Bununla bağlı artıq İslam Konfransı Təşkilatı və Türk Dövlətləri Şurası da təkliflə çıxış ediblər. Prezident də bunu məmnuniyyətlə qəbul edərək qiymətləndirib. Bunun müqabilində bu cür təkliflərə nə ehtiyac var?

Bildirim ki, bu təkliflərin əsasını Mərkəzi Bankın sədri Elman Rüstəmov qoyub. O bir neçə gün əvvəl hamıdan qabaq açıq şəkildə bəyan etdi ki, o, Mərkəzi Bankın Şuşada filialını açmaq istəyir. Prezident də çox doğru dedi, sənin orada nə işin var? Mərkəzi Bank hara, Şuşa şəhəri hara. O cümlədən də digər qurumlar. Təbii ki, bu cür məmur məsuliyyətsizliyi və özbaşınalığı həm Prezidenti, həm də hər bir Azərbaycan vətəndaşını təkcə narahat etmir, eyni zamanda hiddətləndirir. Tamamilə əminəm ki, Prezident söyləmiş olduğu bu fikirlərlə kifayətlənməyəcək, özünün də dediyi kimi konkret addımlar atacaqdır. Həmin məmurların vəzifədən azad edilməsi Prezidentin səlahiyyətinə aid olan məsələdir. Baxaq görək ki, Prezident onları hansı formada cəzalandıracaq.

Subardinasiya qaydalarının ciddi şəkildə pozulması yolverilməzdir. Bütün təkliflər dövlət səviyyəsində ölkə prezidentinin tapşırığıyla onun Administrasiyası tərəfindən müvafiq qurumlara təqdim olunur. Həmin qurumlar da ölkə prezidentindən gələn bu təkliflər əsasında verilən tapşırıqları və tövsiyələri işləyib hazırlayır. Müvafiq təkliflər də Baş nazirə təqdim olunur. Beləliklə də bu məsələlər öz həllini tapır. Yoxsa aşağıdan bu təkliflə çıxış etməyin özü anormallıqdır. Bəli, təşəbbüslə çıxış etmək olar. Ancaq bu təşəbbüslər reallığı əks etdirməlidir. Azərbaycan dövlətinə və xalqına töhvə verməli, ölkənin inkişafında ciddi rol oynamalıdır. Yenilikçi xarakter daşımalıdır. Ancaq ölkə Prezidenti də bildirdi ki, bu qurumların niyyətləri torpaqları zəbt etməkdən ibarətdir. Şuşaya getmək, onun təbiətinin içərisində istirahət etmək istəyirlər. Əslində bunlar Şuşanın gözəlləşməsinə mövcud problemlərin həllinə yönələn təkliflər deyil. Bu baxımdan düşünürəm ki, ölkə Prezidenti bununla Azərbaycan xalqıyla son dərəcə açıq, şəffaf və səmimi münasibətlərdə olduğunu nümayiş etdirdi. O, bütün məsələləri Azərbaycan xalqıyla məsləhətləşərək onun diqqətini çatdırmaqla öz fəaliyyətini qurur. Bu da əlbəttə, xalqımız arasında Prezidentə daha böyük rəğbət doğurur və ona olan inam və etimadı daha da yüksəldir".

TƏRTƏR RAYONU ÖZÜNÜN İNKİŞAF MƏRHƏLƏSİNDƏ
TƏRTƏR RAYONU ÖZÜNÜN İNKİŞAF MƏRHƏLƏSİNDƏ
“İrəvanda, Göyçədə, Zəngəzurda Azərbaycan irsini tanıtdırmaq imkanımız böyükdür”
“İrəvanda, Göyçədə, Zəngəzurda Azərbaycan irsini tanıtdırmaq imkanımız böyükdür”
ASANTV.İNFO REDAKSİYASI ÖLKƏNİN NÖVBƏTİ VƏTƏNPƏRVƏR XANIMINI TƏLTİF ETDİ
ASANTV.İNFO REDAKSİYASI ÖLKƏNİN NÖVBƏTİ VƏTƏNPƏRVƏR XANIMINI TƏLTİF ETDİ
Lənkəranda karantin rejimini pozan iaşə obyektləri cərimələnib
Lənkəranda karantin rejimini pozan iaşə obyektləri cərimələnib
Söküntüyə etiraz edən sakinlərlə bağlı İcra Hakimiyyətindən açıqlama
Söküntüyə etiraz edən sakinlərlə bağlı İcra Hakimiyyətindən açıqlama
Şirvanda ər və arvad dəm qazından boğuldu
Şirvanda ər və arvad dəm qazından boğuldu
SOCAR-ın Müşahidə Şurasının ilk iclası keçirildi
SOCAR-ın Müşahidə Şurasının ilk iclası keçirildi
Daha iki rayona polis rəisi təyin edilib
Daha iki rayona polis rəisi təyin edilib
Prezidentin sərəncamını onlar icra edəcək
Prezidentin sərəncamını onlar icra edəcək
Saatlıda toy məclisi təşkil edənlər cərimələnib -
Saatlıda toy məclisi təşkil edənlər cərimələnib -
“Tramadol” satanlar saxlanıldı “Tramadol” satanlar saxlanıldı
“Tramadol” satanlar saxlanıldı “Tramadol” satanlar saxlanıldı
“Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...” “Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...”
“Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...” “Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...”
Ermənistan atəşkəsi pozdu
Ermənistan atəşkəsi pozdu
Azərbaycanda restoran, kafe və çay evləri açılır
Azərbaycanda restoran, kafe və çay evləri açılır
Ərdoğan “Başakşəhər”in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi
Ərdoğan “Başakşəhər”in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi
Baş infeksionist: “Epidemioloji durum son həftələr pisləşməkdə davam edir”
Baş infeksionist: “Epidemioloji durum son həftələr pisləşməkdə davam edir”
Ağdamda Polis Şöbəsinin fəaliyyəti bərpa edildi
Ağdamda Polis Şöbəsinin fəaliyyəti bərpa edildi
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ