Asan Xeber

Söküntüyə etiraz edən sakinlərlə bağlı İcra Hakimiyyətindən açıqlama

Tarix:9-02-2021, 16:04
Baxış Sayı:34

Söküntüyə etiraz edən sakinlərlə bağlı İcra Hakimiyyətindən açıqlama
Bakıda yaşayış binasının söküntüsü sakinlərin etirazına səbəb olub. Bir neçə sakin yığışaraq prosesin qarşısını almağa çalışıb.

"Asantv.info" "Qafqazinfo" ya istinadən xəbər verir ki, Məsələ ilə bağlı binanın yerləşdiyi Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdiri Pənah İmanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2016-cı ildə sakinlər müraciət edərək binanın qəzalı vəziyyətdə olduğunu bildiriblər: “Eyni zamanda biz də müvafiq qurumlara müraciət etdik. Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri baxış keçirdi və binanın kəskin qəzalı vəziyyətdə olması barədə rəy verildi. Siyahıalınma işləri aparıldı, binada 146 mənzil qeydiyyata alındı. Bundan sonra Nazirlər Kabineti binanın sökülməsi haqda qərar verdi və bunun üçün maliyyə ayrıldı. Hər bir mənzil üçün 30 min manat vətəndaşa, 500 manat da söküntü xərcləri üçün hesablandı. Lakin sakinlər 30 min manata mənzil ala bilməyəcəklərini deyib etiraz etdilər”.

P.İmanovun sözlərinə görə, növbəti dəfə sakinlərin narazılığı nəzərə alınaraq qərar dəyişdirilib və podratçı şirkətin həmin binanın yerində mənzil tikərək sakinlərə təhvil verməsinə qərar verilib: “Şərtlər belə müəyyənləşdirildi ki, ölçüsü 30 kvadratmetrdən az olan mənzillərə görə yeni tikiləcək binadan 54,5 kvadratmetr yeni və təmirli mənzil veriləcək. Ölçüsü 30 kvadratmetrdən çox olanlara isə hər kvadratmetrə görə əlavə 1000 manat veriləcək və sakinlər bu ödənişlə istəsələr yeni tikiləcək binadan daha böyük ölçüdə mənzil ala biləcəkdilər. Bina tikilib təhvil verilənə kimi sakinlərə kirayə haqqı da verilir. Burada üstünlük ondadır ki, sakinlər yaşayış ərazilərini tərk etmək məcburiyyətində qalmayacaqlar.Bu prosesdən sonra 120 ailə ilə müqavilə imzalandı, təxminən 25 ailə isə narazı qaldılar.

Belə ki, bəzi sakinlər siyahıyaalınmadan və maliyyə ayrılmasından sonra süni yollarla iki otaqlı mənzilləri bölərək hər otağa ayrı mənzil kimi çıxarış aldılar. İndi də 24 kvadratmetrlik bir mənzil üçün iki ədəd 54,5 kvadratmetrlik təmirli mənzil tələb edirlər. Onların əlində sənədləri olsa da, bu siyahıyaalınmadan sonra əldə edildiyi üçün çətinlik yaradır. Amma eyni zamanda, mənzilinə köçməsini gözləyən 120 ailə də var. Ona görə də qalan 25 ailə məhkəmə qaydasında öz məsələlərini həll edə bilərlər.

Həmçinin, o bina kəskin qəzalı vəziyyətdədir, istənilən halda sökülməlidir. Həmin binada mənzillərin əksəriyyəri 12, yaxud 24 kvadratmetrdir, lakin hər birinə 54,5 kvadratmetrlik mənzil veriləcək”.

P.İmanov qeyd edib ki, Nazirlər Kabinetinin qərarının icrası baxımından söküntü davam etdiriləcək.

TƏRTƏR RAYONU ÖZÜNÜN İNKİŞAF MƏRHƏLƏSİNDƏ
TƏRTƏR RAYONU ÖZÜNÜN İNKİŞAF MƏRHƏLƏSİNDƏ
“İrəvanda, Göyçədə, Zəngəzurda Azərbaycan irsini tanıtdırmaq imkanımız böyükdür”
“İrəvanda, Göyçədə, Zəngəzurda Azərbaycan irsini tanıtdırmaq imkanımız böyükdür”
ASANTV.İNFO REDAKSİYASI ÖLKƏNİN NÖVBƏTİ VƏTƏNPƏRVƏR XANIMINI TƏLTİF ETDİ
ASANTV.İNFO REDAKSİYASI ÖLKƏNİN NÖVBƏTİ VƏTƏNPƏRVƏR XANIMINI TƏLTİF ETDİ
Lənkəranda karantin rejimini pozan iaşə obyektləri cərimələnib
Lənkəranda karantin rejimini pozan iaşə obyektləri cərimələnib
Söküntüyə etiraz edən sakinlərlə bağlı İcra Hakimiyyətindən açıqlama
Söküntüyə etiraz edən sakinlərlə bağlı İcra Hakimiyyətindən açıqlama
Şirvanda ər və arvad dəm qazından boğuldu
Şirvanda ər və arvad dəm qazından boğuldu
SOCAR-ın Müşahidə Şurasının ilk iclası keçirildi
SOCAR-ın Müşahidə Şurasının ilk iclası keçirildi
Daha iki rayona polis rəisi təyin edilib
Daha iki rayona polis rəisi təyin edilib
Prezidentin sərəncamını onlar icra edəcək
Prezidentin sərəncamını onlar icra edəcək
Saatlıda toy məclisi təşkil edənlər cərimələnib -
Saatlıda toy məclisi təşkil edənlər cərimələnib -
“Tramadol” satanlar saxlanıldı “Tramadol” satanlar saxlanıldı
“Tramadol” satanlar saxlanıldı “Tramadol” satanlar saxlanıldı
“Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...” “Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...”
“Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...” “Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...”
Ermənistan atəşkəsi pozdu
Ermənistan atəşkəsi pozdu
Azərbaycanda restoran, kafe və çay evləri açılır
Azərbaycanda restoran, kafe və çay evləri açılır
Ərdoğan “Başakşəhər”in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi
Ərdoğan “Başakşəhər”in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi
Baş infeksionist: “Epidemioloji durum son həftələr pisləşməkdə davam edir”
Baş infeksionist: “Epidemioloji durum son həftələr pisləşməkdə davam edir”
Ağdamda Polis Şöbəsinin fəaliyyəti bərpa edildi
Ağdamda Polis Şöbəsinin fəaliyyəti bərpa edildi
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ