Tarixən qədim adət-ənənələri ilə məşhur olan odlar yurdu Azərbaycan hər bir sahədə öz mədəni irsini bütün dünyada tanıtmaqdadır.Bu gün musiqi beşiyi olan gözəl Qarabağımızın vətənpərvər xanımından söhbət açacağıq. O xanım, dövlətini, millətini sevən və bu ruhda gələcəyin istedadlı gənclərinə dəstək olan Könül xanım Kərimovadı. Könül xanım Abşeron rayon Masazır qəsəbəsində yerləşən Cabbar Qaryağdıoğlu adına Ağdam rayon 1 saylı uşaq Musiqi məktəbinin direktorudur.Vəzifəsinə təyin olunduğu qısa müddət olsa da həm kollektivin həm də bu təhsil ocağında təhsil alan şagirdlərin sevgisini qazanmışdır Könül xanım. Bəli məşhur poemada deyildiyi kimi " Aslanın erkəyi dişisi olmaz" məhz Könül xanımın bu vətənpərvərliyi təbii ki, ədalət carçısı olan media əməkdaşlarının gözündən yayına bilməzdi. İlk təşəbbüs isə AZƏRBAYCAN RESPUBLİKASI QARABAĞ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İCTİMAİ BİRLİYİNİN XƏTAİ rayon nümayəndəliyindən gəldi. "ASANTV" redaksiyası təşəbbüsə qoşularaq qəhrəmanımızın nailiyyətləri və xalqına, vətəninə göstərdiyi yorulmaz əmək fəaliyyətini yüksək qiymətləndirib məhz Könül Xanım Kərimovanı ilin "VƏTƏNPƏRVƏR XANIMI" diplomuna layiq gördü. Diplomu QARABAĞ ƏLİLLƏRİ, VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ İCTİMAİ BİRLİYİNİN XƏTAİ rayon numayəndəliyinin sədr müavini, Birinci və İkinci Qarabağ döyüşləri iştirakçısı hörmətli qazimiz Hacı Mehman Məmmədov və "ASANTV" informasiya agentliyinin rəhbəri Murad Babayev təqdim etdi. Könül xanım da öz növbəsində hər iki quruma öz dərin təşəkkürünü bildirərək bundan sonra da öz vətəni, dövləti uğrunda əlindən gələni əsirgəməyəcəyinə söz verdi. Biz də sizi təbrik edirik Könül xanım, inşallah ki, yağı tapdağından azad olunmuş gözəl Ağdamımızda rəhbəri olduğunuz məktəbdə yeni arzularla görüşənədək.
Murad Ağamir