Asan Xeber

"Bir-iki işbaz bank ajiotaj yaratmaq istəyir" — Deputatdan SƏRT AÇIQLAMA

Tarix:9-08-2018, 10:57
Baxış Sayı:63

"Bir-iki işbaz bank ajiotaj yaratmaq istəyir" — Deputatdan SƏRT AÇIQLAMA















Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Rüfət Quliyev Azərbaycanda bankların dolları bahalaşdırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Deputat "Ölkə.Az"a açıqlamasında deyib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Mən bir neçə bank rəhbəri ilə əlaqə saxlayıb məsələni aydınlaşdırmışam. Onlar da bildirdilər ki, bu barədə yayılan xəbərlər şayədir, heç bir əsası yoxdur. Bu cür şayələri yayan adamlar milləti dövlətə qarşı qıcıqlandırırlar, dövlətin əleyhinə işləyirlər. Hər bir cəmiyyətdə 99,9 faiz dövlətin istəyirsə, 0,1 faiz də istəmir. Bu cür yalan xəbərləri də həmin insanlar yayır. Normal adam belə şayələri yaya bilməz. İnsanlara da çağırışım odur ki, bu cür xəbərlərə inanmasınlar. Ola bilsin ki, bir-iki işbaz bank ajiotaj yaratmaq istəyir. Mən onlara işbaz adamlar deyərdim. Həmin bankların rəhbərləri bu cür işlərlə məşğul olduğu üçün onlar iş adamı deyil, işbazdırlar".

R.Quliyev qeyd edib ki, Azərbaycanın Dövlət Büdcəsinin bütün proqnozları həyata keçirilir:
"Hazırda valyuta ehtiyyatlarımız daha da artır, tədiyə balansı müsbətdir, neftin qiyməti də 70 dollardan yüksəkdir. Azərbaycanın xarici borcu isə ümumi daxili məhsulun həcmindən 20 faiz aşağıdır. Bütün bunlar isə Azərbaycanda manatın sabit qalması üçün zəmin yaradır".

Deputat ABŞ-ın İran və Rusiya ilə münasibətlərinin gərgin olmasının manatın məzənnəsinə ciddi təsir göstərməyəcəyini söyləyib:

"ABŞ ilə Rusiya və İran arasında yaranan gərginlik dünyada neftin qiymətini daha da artıracaq. Çünki dünyada neftə olan tələbat çox yüksəkdir. Ona görə də valyutanın məzənnəsinin dəyişməsi üçün hər hansı narahatçılıq mövcud deyil".

TƏRTƏR RAYONU ÖZÜNÜN İNKİŞAF MƏRHƏLƏSİNDƏ
TƏRTƏR RAYONU ÖZÜNÜN İNKİŞAF MƏRHƏLƏSİNDƏ
“İrəvanda, Göyçədə, Zəngəzurda Azərbaycan irsini tanıtdırmaq imkanımız böyükdür”
“İrəvanda, Göyçədə, Zəngəzurda Azərbaycan irsini tanıtdırmaq imkanımız böyükdür”
ASANTV.İNFO REDAKSİYASI ÖLKƏNİN NÖVBƏTİ VƏTƏNPƏRVƏR XANIMINI TƏLTİF ETDİ
ASANTV.İNFO REDAKSİYASI ÖLKƏNİN NÖVBƏTİ VƏTƏNPƏRVƏR XANIMINI TƏLTİF ETDİ
Lənkəranda karantin rejimini pozan iaşə obyektləri cərimələnib
Lənkəranda karantin rejimini pozan iaşə obyektləri cərimələnib
Söküntüyə etiraz edən sakinlərlə bağlı İcra Hakimiyyətindən açıqlama
Söküntüyə etiraz edən sakinlərlə bağlı İcra Hakimiyyətindən açıqlama
Şirvanda ər və arvad dəm qazından boğuldu
Şirvanda ər və arvad dəm qazından boğuldu
SOCAR-ın Müşahidə Şurasının ilk iclası keçirildi
SOCAR-ın Müşahidə Şurasının ilk iclası keçirildi
Daha iki rayona polis rəisi təyin edilib
Daha iki rayona polis rəisi təyin edilib
Prezidentin sərəncamını onlar icra edəcək
Prezidentin sərəncamını onlar icra edəcək
Saatlıda toy məclisi təşkil edənlər cərimələnib -
Saatlıda toy məclisi təşkil edənlər cərimələnib -
“Tramadol” satanlar saxlanıldı “Tramadol” satanlar saxlanıldı
“Tramadol” satanlar saxlanıldı “Tramadol” satanlar saxlanıldı
“Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...” “Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...”
“Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...” “Məmur özbaşınalığı hansı səviyyəyə çatıb ki...”
Ermənistan atəşkəsi pozdu
Ermənistan atəşkəsi pozdu
Azərbaycanda restoran, kafe və çay evləri açılır
Azərbaycanda restoran, kafe və çay evləri açılır
Ərdoğan “Başakşəhər”in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi
Ərdoğan “Başakşəhər”in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi
Baş infeksionist: “Epidemioloji durum son həftələr pisləşməkdə davam edir”
Baş infeksionist: “Epidemioloji durum son həftələr pisləşməkdə davam edir”
Ağdamda Polis Şöbəsinin fəaliyyəti bərpa edildi
Ağdamda Polis Şöbəsinin fəaliyyəti bərpa edildi
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ
QAZİ VƏ MÜHARİBƏ VETERANININ EVİ SOCAR TƏRƏFİNDƏN SÖKÜLDÜ