Asan Xeber

Telman Adıgözəlovun vəfatından 10 İL ÖTÜR

Tarix:15-04-2020, 12:24
Baxış Sayı:163

Telman Adıgözəlovun vəfatından 10 İL ÖTÜR


Bu gün aprelin 15-i Xalq artisti Telman Adıgözəlovun vəfat etdiyi gündür. Görkəmli aktyorun ölümündən 10 il ötür.
O, 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub. Əslən Ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. T. Adıgözəlov 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb.

O, C. Məmmədquluzadənin "Dəli yığıncağı"da Zəncirvuran, İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"da Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, Şekspirin "Maqbet"də Flins, M. İbrahimovun "Közərən ocaqlar"da Xanəhməd, H.Cavidin "İblis" əsərində Şeypurçu və.s obrazları ilə yadda qalıb.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə də xarakterik rollar oynamışdır.
Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib. Fatmayıdakı kənd qəbristanlığında dəfn edilib.

Azərbaycan Ordusu şəhid verdi - Vəziyyət gərginləşdi
Azərbaycan Ordusu şəhid verdi - Vəziyyət gərginləşdi
Səfərbərlik Xidməti açıqlama yaydı
Səfərbərlik Xidməti açıqlama yaydı
Təhsil naziri 2 şöbə müdirini işdən çıxardı
Təhsil naziri 2 şöbə müdirini işdən çıxardı
Xəzər rayonu Qala kənd sakinləri acınacaqlı şəraitdə yaşayırlar - Video
Xəzər rayonu Qala kənd sakinləri acınacaqlı şəraitdə yaşayırlar - Video
Orduya könüllü getmək istəyənlərin sayı 46 mini ötüb
Orduya könüllü getmək istəyənlərin sayı 46 mini ötüb
Gürcüstanda açıq havada toy və yas mərasimlərinin keçirilməsinə icazə verilib
Gürcüstanda açıq havada toy və yas mərasimlərinin keçirilməsinə icazə verilib
“Sədərək” və “Binə” ticarət mərkəzləri, “Mall”lar açılır –RƏSMİ
“Sədərək” və “Binə” ticarət mərkəzləri, “Mall”lar açılır –RƏSMİ
Sabaha olan hava proqnozu
Sabaha olan hava proqnozu
369 nəfər yoluxdu, 523 nəfər isə sağaldı
369 nəfər yoluxdu, 523 nəfər isə sağaldı
İstanbulda Azərbaycan Ordusuna Dəstək Yürüşü
İstanbulda Azərbaycan Ordusuna Dəstək Yürüşü
Orduya dəstək məqsədilə 7000 müraciət daxil edilib.
Orduya dəstək məqsədilə 7000 müraciət daxil edilib.
Sərt karantin rejimi daha 2 həftə uzadılır
Sərt karantin rejimi daha 2 həftə uzadılır
Düşmənin məxsus nəqliyyat vasitəsi ordumuz tərəfindən məhf edilib
Düşmənin məxsus nəqliyyat vasitəsi ordumuz tərəfindən məhf edilib
Polşada etiraz aksiyası keçirilib
Polşada etiraz aksiyası keçirilib
Təbrizdə Azərbaycana dəstək aksiyası keçirilib
Təbrizdə Azərbaycana dəstək aksiyası keçirilib
Düşmənə məxsus kazarma mehf edildi - Rəsmi
Düşmənə məxsus kazarma mehf edildi - Rəsmi
Üç şəhidimizin ad-soyadı AÇIQLANDI
Üç şəhidimizin ad-soyadı AÇIQLANDI
Azərbaycanda daha 520 nəfər yoluxdu, 8 pasiyent vəfat etdi
Azərbaycanda daha 520 nəfər yoluxdu, 8 pasiyent vəfat etdi
İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var - Rəsmi
İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var - Rəsmi